"Roskomnadzor" abunəçi məlumatlarının yoxlanılması səyləri çərçivəsində xarici vətəndaşlara məxsus 9,5 milyon SİM kartın bloklandığını bildirib. Tədbir 2024-cü ilin mayından dekabrın sonuna qədər qəbul edilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, nəzarət sisteminin işə salındığı 2023-cü ilin sentyabrından indiyədək 424 milyondan çox nömrə yoxlanılıb, o cümlədən əcnəbilərə məxsus 22,4 milyonu qeydiyyata alınıb. 2024-cü ildə 128 milyon abunəçidə məlumat pozuntusu aşkar edilib, onların əksəriyyəti (124 milyon) operativ şəkildə aradan qaldırılıb. Bununla belə, heç vaxt etibarlı məlumat verilməyən 4 milyon SİM kart bloklanıb, abunəçilərlə müqavilələr dayandırılıb və ya ləğv edilib.
2025-ci ilin yanvarında bloklanma tendensiyası davam edib: telekommunikasiya operatorları qeyri-dəqiq məlumatlara görə daha 989,2 min SİM kartı şəbəkədən ayırıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 217,1 min nəfər çoxdur.
Zaur,BakuPost