Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:28 / 05 İyul 2024

Rusiyada yeni icad: Wi-Fi ilə insanları tapmaq olacaq

3978
Rusiyanın Sibir Dövlət Telekommunikasiya və İnformatika Universitetinin (SibDTİU) alimləri Wi-Fi vasitəsilə 5-7 metr dəqiqliklə insanın qapalı məkanda yerini təyin etmək üçün yerli sistem yaradıblar.

Bakupost.az Qazeta.ru-ya istinadla xəbər verir ki, bu yenilik unikaldır. Çünki mobil şəbəkələr yeri yalnız 300-500 metr dəqiqliklə müəyyən edir. Peyk siqnalı isə divarlar və digər maneələrdən keçməyə bilər.

Sistem binaların, şaxtaların və yeraltı məkanların daxilində axtarış işlərində, məktəblilərə valideyn nəzarətində, eləcə də əlilliyi olan insanlar üçün böyük binaların içərisində oriyentasiyaya kömək etmək üçün istifadə edilə bilər.

Wi-Fi girişi olan cihaz Wi-Fi şəbəkəsinə giriş nöqtələrinin parametrlərini və bu nöqtələrdən istənilən obyektə siqnal səviyyələrini təyin edir. Sistem bu məlumatları toplayır və serverə göndərir, burada hər bir nöqtəyə qədər olan məsafə hesablanır və obyektin koordinatları müəyyən edilir. Ətrafdakı Wi-Fi nöqtələri nə qədər çox olsa, nəticə bir o qədər dəqiq olar.

Mərkəzin rəhbəri, SibDTİU-nin İnfokommunikasiya Sistemləri və Şəbəkələri Kafedrasının dosenti Anatoli Kostyukoviç qeyd edib ki, daxili bazarda analoji sistemin əsasən, xarici analoqları təqdim olunur və insanların yerinidəqiq izləmək üçün bu sistemin Rusiyada sertifikatlaşdırılması çətindir.

Sistem artıq Novosibirskdəki məktəblərin birində sınaqdan keçirilib və valideynlərə proqram vasitəsilə uşaqlarının yerini izləməyə imkan verir.

Hazırda obyektin hərəkət istiqamətini müəyyən etməyə imkan verəcək izləmə alqoritmi hazırlanır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar