Ru
20:43 / 23 Aprel 2025

Rusiyada Zatulinə “bəsdir” deyən olacaqmı?

Rusiyada Zatulinə “bəsdir” deyən olacaqmı?
Eye

"Rusiyada Konstantin Zatulinə “bəsdir” deyən olacaqmı? O Azərbaycan əleyhinə açıqlamalarına bu gün birini də əlavə edib: “Ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”".

Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

"Zatulin sıradan bir rusiyalı siyasətçi deyil, hakim partiyanın üzvü və Dövlət Dumasında MDB komitəsinin sədr müavinidir. Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir, ancaq “balans” bir yana qalsın, Zatulin daşnaklardan da betərdir. Azərbaycanla strateji tərəfdaşlıqdan danışan rusiyalı siyasətçilərindən biri də partiyadaşına “Sənin anti-Azərbaycan açıqlamaların iki ölkə arasındakı münasibətlərə xələl gətirir” xəbərdarlığını etmir. Rusiya demokratik ölkə də deyil ki, deyəsən siyasətçinin ağzının üstündən vurmurlar. Demək, Zatilin kimilər Kremlə lazımdır", - deyə E. Şahinoğlu əlavə edib.

Aygün, Bakupost.az


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar