Ru
22:10 / 28 İyun 2024

Rusiyadan gəlib azyaşlı ilə evlənirlər, qayınana o qızları didərgin salır - Novella Cəfəroğlu

1749
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini təşkil edənləri 13 manatadək cərimə gözləyir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik layihəsi parlamentin bu günkü iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılaraq təsdiq edilib.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakupost.az -a açıqlamasında azyaşlıların toy mərasiminin təşkil olunmasında iaşə obyektlərinin də məsuliyyət daşıdığını bildirib.
Onun sözlərinə görə bələdiyyə, icra nümayəndəsi, icra hakimiyyətlərinin azyaşlılarla bağlı şöbəsi də bu məsələyə görə məsliyyət daşıyırlar və erkən nikaha görə onlar da cərimələnməlidir:

“Biz bölgələrdə erkən nikahla bağlı təşkil etdiyimiz seminarlarımıza din xadimləri, bələdiyyələr, hüquq-mühafizə orqanlarını və icra Hakimiyyəti nümayəndələrini dəvət edirdik. İndi erkən nikah məsələsinə o qədər fikir vermirlər. Amma qanuna görə, bələdiyyə, icra nümayəndəsi, din xadimləri erkən nikaha görə birbaşa məsuliyyət daşıyırlar”.

N.Cəfəroğlu ailələrdəki zoraklıq, narkomaniya və erkən nikahla bağlı məsələlərlə bağlı televiziyada maarifləndirmə işi aparılmasını təklif edib:

“Biz televizorda hansısa məhsulun reklamını görəndə istər-istəməz gedib o məhsulu alırıq. Bunu millətin beyninə yeritmək lazımdır. Cəmiyyət də, ailə də, qardaş da fikirləşməlidir ki, erkən nikaha imkan vermək olmaz”.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana evlənməyə gələn soydaşlarımızın da əksəriyyəti azyaşlı qızlarla ailə qururlar və sonda onların taleyi puç olur:

“Bilirsiniz nə qədər qızlarımız erkən nikahdan sonra boşanıblar? Çünki bir çox soydaşlarımız Rusiyada evli ola-ola gəlib burda cavan qızı alıb, anasının yanına qoyub çıxıb gedirlər. Sonra da o qadını qayınana, baldız didərgin edib küçəyə salırlar. Ona görə bütün bu məsələlərin qarşısını almaq lazımdır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər