Ru
17:46 / 12 Sentyabr 2024

Rusiyadan hücum qorxusu - Litva kütləvi evakuasiyaya hazırlaşır

Rusiyadan hücum qorxusu - Litva kütləvi evakuasiyaya hazırlaşır
1378

Litvada milli təxliyə planının hazırlanması oktyabrın əvvəlində başa çatacaq.

Bakupost.az "Moskva Tayms"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Aqne Bilotaite bildirib. Nazir izah edib ki, indi hər bir yerli hökumətin öz evakuasiya proqramı var, lakin dövlətin milli miqyasda müvafiq layihəyə ehtiyacı var.

Ukraynadakı müharibə fonunda Baltikyanı ölkələr hibrid və dezinformasiya hücumlarına məruz qalmağa başladılar və bölgədəki təxribat “yeni reallığa” çevrildi, Bilotayte bildirib.

Nazir qeyd edib ki, indi hər bir yerli hökumətin öz evakuasiya proqramı var, lakin dövlət milli miqyasda müvafiq layihəyə ehtiyac duyurı var.

Nazir bildirib ki, əhalinin müdafiəsi istiqamətində işlər regionun digər dövlətləri ilə birgə aparılacaq. Bu məqsədlər üçün Baltikyanı ölkələr Avropa İttifaqına maliyyələşmə üçün müraciət edəcəklər.

Qeyd edək ki, Ukrayna müharibəsi ilə əlaqədar olaraq iyulun sonunda Litva hakimiyyəti hərbi müdaxilə halında əhalinin bütün respublika ərazisindən kütləvi şəkildə köçürülməsi planını hazırlamağa başlayıb.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar