Ru
15:37 / 11 Mart 2025

Rusiyadan Suriyada baş verənlərə REAKSİYA

Rusiyadan Suriyada baş verənlərə REAKSİYA
Eye

Rusiya Suriyadakı hadisələrdən narahatdır.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Tərəfdaşlarımızla birgə uzun illərdir ki, bu ölkədə bizə dost olan bütün siyasi və etno-konfessional qruplar üçün sülh və təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyimiz səyləri nəzərə alsaq, Suriyada baş verənlərdən narahatıq”, - Lavrov deyib.

Martın 9-da SANA agentliyi Suriya silahlı qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında Tartus əyalətində yerləşən Baniyas liman şəhərindəki qaz elektrik stansiyasında toqquşma baş verdiyini bildirib.

Bundan əvvəl Latakiya vilayətində devrilmiş prezidentin tərəfdarları ilə yeni Suriya hakimiyyəti arasında silahlı toqquşmalar yenidən başlayıb və digər bölgələrə də yayılıb. Zorakılığın artmasına cavab olaraq, İctimai Təhlükəsizlik Departamenti Əl-Qadmous bölgəsinə (Tartus əyaləti) əlavə qüvvələr göndərib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar