Ukrayna ilə bağlı planlaşdırılan sülh sazişi hərbi əməliyyatların dayandırılmasına aparan bir neçə mərhələni əhatə edəcək.
Bakupost.az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
Parlamentari Dövlət Dumasının deputatı, Donbass Könüllüləri İttifaqının rəhbəri Aleksandr Borodayın Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra “əsas müharibə” ilə bağlı proqnozunu şərh edib. Çepa vurğulayıb ki, deputatın konkret nə demək istədiyi barədə məlumatı yoxdur.
"Bizim tərəfimizdən hər şey edilir və bu gün bu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməməsində maraqlı olan insanlar var", - o, bildirib.
Çepa bir neçə ildir müzakirə edilən sülh razılaşmasının əldə olunacağını da bildirib.
Zaur,BakuPost