Rusiya Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətindən Amerika modelləri də daxil olmaqla Ukrayna Silahlı Qüvvələrinin qənim götürülmüş xarici texnikasının kütləvi təxliyyəsini həyata keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.
Agentlik qeyd edib ki, təxliyə edilən texnikalar arasında ABŞ istehsalı olan "MaxxPro" zirehli maşınları və"Stryker" zirehli transportyorları da var.
Hərbçilərin sözlərinə görə, praktiki olaraq zədələnməmiş nümunələr mövcuddur.
Silah nümunələrinin çıxarılmasını "Axmat" xüsusi təyinatlıları Rusiyanın "Şimal" qoşun qrupunun digər bölmələri ilə birlikdə həyata keçirir.
Zaur,BakuPost