Ru
14:20 / 27 Yanvar 2025

Rusiyanın atdığı “ağıllı bomba” öz ərazisinə düşdü

Rusiyanın atdığı “ağıllı bomba” öz ərazisinə düşdü
729

Rusiya hərbi aviasiyası təsadüfən Rusiya ərazisinə UMBP-250 idarə olunan avia-bomba atıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 23-də Belqorod vilayətində, Bolşiye Kulbaki kəndi yaxınlığında baş verib:

“Sursatın düşməsi nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb”.

Qeyd edək ki, Rusiya mediası sözügedən bombanı sükan idarəetmələri, antenalar və turbojet hərəkət sistemi ilə inteqrasiya olunmuş naviqasiya modulu ilə təchiz edilmiş yüksək texnologiyalı silah kimi təsvir edib. Bildirilib ki, UMBP-250 “ağıllı bomba” kimi yaradılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar