Ru
20:49 / 12 Mart 2025

Rusiyanin dəhşətli silahı - Ağacı dəlir keçir, metalı əridir

Rusiyanin dəhşətli silahı - Ağacı dəlir keçir, metalı əridir
Eye

Dronları məhv edə bilən lazer döyüş qurğusu Krım Respublikasında sınaqdan keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a pilotsuz uçan aparatların idarə edilməsi təlimləri üzrə ümumrusiya “Arxangel” layihəsinin yaradıcısı və rəhbəri Mixail Filippov məlumat verib.

“Biz 35 metrlik hədəfə qədər məsafədə lazer döyüş qurğusunun sınaqlarını keçirdik. Şüa 15 santimetr qalınlığında ağacı 5-6 saniyəyə dəlir, sonra isə daha iki və ya üç maneəni aşır”, - deyə o, agentliyə bildirib.

Filippov əlavə edib ki, silikat kərpic yeni bir şüa ilə təxminən bir dəqiqə ərzində, qalınlığı 10 santimetr olan metal isə birbaşa təsirdən təxminən 10 saniyə ərzində yanır.

Archangel layihəsinin rəhbəri kompakt qurğunun pilotsuz təyyarələrlə mübarizədə istifadə oluna biləcəyini də bildirib.

Zaur,BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar