Ru
15:42 / 10 Oktyabr 2024

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard ayrıldı

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard ayrıldı
2626

Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti bildirib.

Hazırda qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra o, rəsmən təsdiqlənəcək.

"Yardım Ukraynanın Rusiya təcavüzünün güclənməsi səbəbindən artan təcili maliyyə ehtiyaclarını dərhal ödəməyə yönəlib", - Şuradab bildirilib.

Sentyabrda Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hökumət Aİ-nin kreditini hava hücumundan müdafiə vasitələrinin alınmasına, enerji sektoruna, bomba sığınacaqlarının tikintisinə və ölkə daxilində silah istehsalına xərcləməyi planlaşdırır.

35 milyard avroluq kredit G7 ölkələrinin - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın Ukraynaya 50 milyard dollar kredit ayırması təşəbbüsünə AB-nin töhfəsidir. Vəsaitlər “məqsədsiz” və “istiqamətsiz” olacaq, yəni Kiyev onlardan istifadədə maksimum fəaliyyət azadlığı əldə edəcək. Ukraynanın onları 2025-ci ildə qəbul etməyə başlayacağı gözlənilir.

G7-nin planına əsasən, hər bir müttəfiqin Ukraynaya borc verdiyi məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına tədricən ödəniləcək. Kreditin maksimum ödəmə müddəti 45 ildir.

Eyni zamanda, Aİ ölkələri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara yenidən baxılması və onların müddətinin 6 aydan 36 aya qədər artırılması ilə bağlı razılığa gələ bilməyib. Macarıstan buna qarşı çıxır. Bu addım ABŞ-ın kredit payını artırması üçün lazımdır. Digər tərəfdən, Vaşinqtonun fikrincə, sanksiyaların müddətinin artırılması hansısa bir Aİ ölkəsinin istənilən vaxt sanksiyaların uzadılmasına, Rusiyanın aktivlərinin dondurulmasına mane ola bilməməsini, bütün layihəni sıradan çıxarmaq cəhdinin qarşısının alınmasını təmin edəcək. Çünki bu gəlirlər əldə olunmasa, Qərb krediti öz hesabına ödəməli olacaq.

Macarıstanın maliyyə naziri Mixali Varqa bildirib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılması müddətinin uzadılması məsələsi ABŞ-da noyabrın 5-nə təyin edilmiş seçkilərdən sonra həll edilməlidir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar