Ru
22:45 / 30 Sentyabr 2024

"Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik" - Borel

476
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel Aİ ölkələrini Ukraynaya Qərb silahları ilə hava limanları və Rusiya ərazisindəki obyektləri vurmasına icazə verməyə çağırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç də bütün ölkələrin bununla razı olmadığını bildirib.

"Biz Rusiyanın müharibədə qalib gəlməsinə imkan verə bilmərik, əks halda Amerika və Avropanın maraqları zədələnəcək. Bu, səxavət, Ukraynaya dəstək məsələsi deyil, bu, bizim Ukrayna xalqını sevdiyimizə görədir", - Borrel bildirib.

Aİ-nın Ali Nümayəndəsi həmçinin humanitar vəziyyəti gərginləşdirməmək üçün İsraili Livan ərazisinə təcavüz etməkdən çəkinməyə çağırıb.

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar