Ru
13:18 / 12 Mart 2025

Rusiyanın Ukrayanaya kütləvi raket və PUA hücumu - SON DURUM

Rusiyanın Ukrayanaya kütləvi raket və PUA hücumu - SON DURUM
Eye

Rusiyanın Krivoy Roq şəhərinə etdiyi raket hücumu nəticəsində 47 yaşlı bir qadın həlak olub, ən azı doqquz nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.

Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak Telegram üzərindən yayımladığı bəyanatda bildirib ki, hücum nəticəsində infrastruktur obyektlərinə, çoxmərtəbəli yaşayış evləri və inzibati binalara, bir dükan və bir təhsil müəssisəsinə ziyan dəyib.

Qeyd edək ki, Krivoy Roq Prezident Volodimir Zelenskinin doğma şəhəridir və genişmoqyaslı işğalın başladığı son üç il ərzində tez-tez hədəf halına gəlib.

Hücumun Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna danışıqlarından sonrası baş verməsi diqqət çəkiri. Həmin danışıqlarda Kiyev Rusiya ilə 30 günlük atəşkəs barədəd ABŞ-ın təklifini dəstəkləməyə hazır olduğunu bildirib.

ABŞ Dövlət katibi Marko Rubio həmin təklifi Moskvaya təqdim edəcəyini və qərarın Rusiyanın əlində olduğunu bildirib.

Qeyd edək ki, Rusiya ötən gücə Krivoy Roqla yanaşı Odessada dəniz limanını hədəfə almaq üçün üç raket və 133 dronla hücuma keçib.

Ukraynanın baş nazirinin bərpa işləri üzrə müavini Aleksey Kuleba bildirib ki, Odessa limanına raket hücumu nəticəsində dörd suriyalı həlak olub, bir Ukrayna və bir Suriya vətəndaşı isə yaralanıb.

Kuleba hücumun Barbados bayraqlı "MJ PINA" gəmisinə də zərər verdiyini, bu gəminin Əlcəzairə ixrac üçün buğda yüklədiyini bildirib. Hücum həmçinin digər bir gəmi və taxıl anbarlarına da ziyan vurub.

Dnepropetrovsk vilayətinin Dnepr şəhərinə edilən gecə hücumu nəticəsində isə bir nəfərin yaralanıb, infrastruktur, müəssisələr və təxminən 10 yaşayış evi zədələnib. Həmçinin hücum nəticəsində yaranan yanğınlar söndürülüb.

Elmina Qasımova, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar