Ru
21:17 / 18 Aprel 2025

Rusiyanın xarici kəşfiyyatının rəhbəri Bakıya gəlib

Rusiyanın xarici kəşfiyyatının rəhbəri Bakıya gəlib
Eye

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.

Bakupost.az xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

O danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar