Rusiyadan fiziki və hüquqi şəxslərə qarşı ümumilikdə 28 595 sanksiya tətbiq edilib.
Bakupost.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının plenar iclasında bildirib.
Onun sözlərinə görə, görünür, təşəbbüskarların özləri sanksiyaların hesabını itiriblər, lakin Rusiya Maliyyə Nazirliyi onları hesablayıb.
“Mən sizə əminliklə deyə bilərəm – fiziki və hüquqi şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib”, - Rusiya lideri bildirib.
O qeyd edib ki, bu, dünyanın bütün ölkələrinə qarşı olan sanksiyalardan dəfələrlə çoxdur.
Zaur,BakuPost