Ru
14:59 / 16 Dekabr 2024

Rusiyaya qarşı yeni sanksiyalar AÇIQLANDI

Rusiyaya qarşı yeni sanksiyalar AÇIQLANDI
Eye

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, yeni məhdudiyyətlər çərçivəsində sanksiya siyahısına Rusiya, Çin və Şimali Koreyadan 84 fiziki şəxs, eləcə də Rusiyadan neft daşıyan tankerlər daxil edilib.

Sanksiyalar yaxın zamanlarda Aİ-nin “Rəsmi jurnalı”nda dərc edildikdən sonra qüvvəyə minəcək.

Aİ, həmçinin Rusiyaya ikili təyinatlı məhsulların göndərilməsinə görə Çin, Hindistan, İran, Serbiya və BƏƏ-dən 32 şirkətə qarşı ixrac məhdudiyyətləri də tətbiq edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar