Ru
20:05 / 17 Aprel 2025

Ruslan Şahmalıyev vəfat etdi

Ruslan Şahmalıyev vəfat etdi
Eye

Azərbaycanlı əsilli rejissor və kinossenarist Ruslan Şahmalıyev 88 yaşında Rusiyada vəfat edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqraflar İttifaqının məlumatında deyilir.

“17 aprel 2025-ci ildə dostumuz Ruslan Həsən oğlu Şahmalıyev aramızdan ayrıldı. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə bildirilib.

Qeyd edək ki, Sovet kinematoqrafiyasının görkəmi nümayəndəsi sayılan Şahmalıyev bir neçə onlarla elmi-populyar və sənədli filmin, o cümlədən “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan torpaq”, “Bakı memarlığı – dünən, bu gün – sabah”, “Kiçik Qafqazın ətəkləri”, “Yer – kosmos - əlaqə” və “Qafqazın bioenergetik masajı” kimi ekran əsərlərinin müəllifi sayılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar