Ruslar Şimali Koreya hərbçi və zabitlərini müasir müharibəyə öyrədirlər. Pxenyan qüvvələri artıq Kursk bölgəsində rus hərbi geyimindədir.
Bakupost.az UNAİN-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
“Onlara FPV və kəşfiyyat pilotsuz uçan aparatlarından, eləcə də “Lanset”lərdən istifadə prinsipləri ilə bağlı təlim keçiblər”, - deyə Kovalenko qeyd edib.
Zaur, BakuPost