Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:15 / 19 Oktyabr 2024

Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO

563
Oktyabrın 19-na keçən gecə rus ordusu Odessaya raket zərbəsi endirib.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, hədəf çoxlu yaşayış binalarının olduğu özəl sektor olub.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, 10-dan çox fərdi evə ziyan dəyib. İlkin məlumata görə, itki yoxdur.

"Hücum nəticəsində üç mərtəbəli bina və yaxınlıqdakı iki avtomobil yanıb", - o qeyd edib.

Kiper əlavə edib ki, yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasının Odessa vilayətinin mülki əhalisinə qarşı törətdiyi növbəti cinayətin nəticələrini qeydə alır”.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, xilasedicilər yaşayış binasında baş vermiş güclü yanğını söndürərək düşmənin hücumunun nəticələrini qısa müddətdə aradan qaldırıblar.

Odessa meri əvəzi Aleksandr Filatov ölən və yaralananlar barədə hələ ki, məlumat almadıqlarını bildirib. Onun sözlərinə görə, raket şəhərin istirahət zonasına düşüb.

Zaur, BakuPost
Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO
Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO
Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO
Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO
Ruslar Odessaya raket zərbəsi endirdi: xeyli evə ziyan dəydi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar