Ru
16:36 / 21 Fevral 2025

Ruslar Poltavaya hücum etdi - Daha bir obyekt dağıdıldı - FOTO

Ruslar Poltavaya hücum etdi - Daha bir obyekt dağıdıldı - FOTO
1157

"Ruslar Ukraynanın şəhər və kəndlərinə hücumlarını davam etdirirlər. Düşmən dinc əhalini terror edir, infrastrukturu sıradan çıxarır".

Bakupost.az xəbər verir ki, bu barədə 24tv.ua bildirib.

Qeyd edilib ki, ruslar fevralın 21-də növbəti dəfə Poltava vilayətinə hücum ediblər.

Poltava Vulayət Hərbi Administrasiyasından xəbəri təsdiqləyiblər. Hücum nəticəsində mülki infrastruktur VƏ sənaye obyektlərindən birinə ziyan dəydiyi açıqlanıb.

Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, xilasedicilər sənaye obyektinə zərbə nəticəsində baş vermiş yanğını söndürə biliblər. Onun söndürülməsinə 87 yanğınsöndürən və 34 texnika cəlb olunub. Bu hücum itkisiz baş verib.


Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar