Ru
10:37 / 10 Oktyabr 2024

Ruslar yaxın aylarda Kursku qaytara bilməyəcək - Politico

Ruslar yaxın aylarda Kursku qaytara bilməyəcək - Politico
1604

"Kursk vilayətində rusların təşkilatlanma ilə bağlı böyük problemləri var".

Bakupost.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Bildirilir ki, təşkilatlanma və logistika problemləri zəif olduğundan Rusiyanın yaxın gələcəkdə Kursk bölgəsini geri ala bilməyəcəyi ehtimalı var:

Nəşrin mənbəsi bildirib ki, hələlik rusların Kursk bölgəsini qaytarmaq üçün ciddi-cəhd göstərməyə hazır olduğunugöstərən heç nə yoxdur: "Düşünmürəm ki, yaxın gələcəkdə bunu edə biləcəklər”.

Əvvəllər Ukraynanın Rusiyanın Kursk vilayətinə göndərdiyi minlərlə hərbçinin digər ərazilərdə hərbçi çatışmazlığına səbəb olacağı ilə bağlı narahatlıqlar var idi. Bununla belə, analitiklər hesab edirlər ki, ruslar cavab tədbirini tam təşkil edə bilmədikcə, Ukrayna ən azı bir neçə ay Kursku saxlaya biləcək.

Cavidan
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar