NATO-nun baş katibi Mark Rutte, Davos Dünya İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək təhdidindən çox məmnun olduğunu bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
“Mən Trampın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək mövqeyindən çox məmnun oldum”, - deyə Rutte qeyd edib.
Onun fikrincə, Rusiya iqtisadiyyatı “çox pis vəziyyətdədir” və yeni sanksiyalar bu vəziyyəti daha da ağırlaşdıracaq.
Lalə, BakuPost