NATO-nun baş katibi Mark Rütte dekabrın 25-də Volodimir Zelenski ilə Ukraynaya təcili yardım məsələsini müzakirə etmək niyyətindədir.
Bakupost.az. APA-ya istinadən xəbər verir ki, Rutte bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Biz Ukraynanı necə güclü mövqeyə gətirəcəyimizi müzakirə edəcəyik ki, Ukrayna danışıqlara qərar verəndə ölkə güclü mövqeyə malik olsun”, - Rütte qeyd edib.