Ru
22:20 / 01 Mart 2025

Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırdı

Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırdı
Eye

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağın yollarını tapmağa çağırıb.

Bakupost.az xəbər verir ki, bu haqda Rutte BBC-yə müsahibəsində deyib.

“Mən Zelenskiyə dedim ki, siz Donald Tramp və ABŞ administrasiyası ilə münasibətlərinizi bərpa etməyin yolunu tapmalısınız”, - deyə Rutte bildirib.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda canlı efirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.

Qalmaqal Zelenskinin sülh sazişinin şərtləri ilə bağlı Trampla razılığa gəlmədən Ağ Evi tərk etməsi ilə başa çatıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar