Ru
10:15 / 17 Dekabr 2024

Ryabkov: "Suriyada baş verənlər planlarımızı puç etmir"

Ryabkov: "Suriyada baş verənlər planlarımızı puç etmir"
Eye


“Suriyada silahlı qruplaşmaların xüsusi əməliyyatı BRİKS-in müxtəlif layihələrini asanlaşdırmasa da, onları puç etmir".

Bakupost.az xəbər veriri ki, buny Rusiya Xarici İşlər nazirinin müavini və BRİKS-dəki səfir Sergey Ryabkov, ölkəsinin bu birlikdə sədrliyinin nəticələrinə dair TASS-a verdiyi müsahibədə bildirib.

Diplomata Suriyadakı hadisələrin birliyin planlarına, həm regionda, həm də qlobal səviyyədə təsiri barədə sual ünvanlanıb. Ryabkov cavabında deyib: "Təbii ki, bu prosesi asanlaşdırmır. Amma eyni zamanda iradəni hərəkətə gətirir və konsolidasiya edir".

Nəqliyyat dəhlizlərinə gəldikdə, Ryabkov deyib ki, hazırda Bəşər Əsədə barışmaz müxalifətdə olan insanların nəzarətindəki ərazilər və ya bu ərazilərin bir hissəsində belə dəhlizlərin yaradılması ilə bağlı aktual planlar yox idi".

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar