Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:33 / 24 Oktyabr 2024

Saakaşvili azərbaycanlılara nə deyib? - FOTO

1853
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara Azərbaycan, ermənilərə isı erməni dilində müraciət edib.

Bakupost.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, Gürcüstan azərbaycanlılarına müraciətində bildirib ki, azərbaycanlılar Saakaşvilinin onları nə qədər çox sevdiyini yaxşı bilirlər:

"Birlikdə çox işlər görmüşük və bundan da artıq işlər görməliyik ki, birlikdə Gürcüstanı sülhə aparaq. Səsinizin əhəmiyyəti yoxdur və ya hökumət kimə səs verdiyinizi biləcək deyən heç kimə inanmayın. Gedin, bizə səs verin".

Sabiq prezident ermənilərə müraciətində keçid hökumətindən qorxmaq lazım olmadığını deyib və seçkilərə gedib müxalifətə səs verməyi tövsiyə edib:

"Qonşumuz Ermənistanın mövcudluğu, eləcə də Qafqazda sülhün taleyi Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır".

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar