Ru
09:19 / 18 Yanvar 2025

Saatlıda narkotik satan şəxslər saxlanıldı

Saatlıda narkotik satan şəxslər saxlanıldı
Eye

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.


Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb. Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar