Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:21 / 22 Oktyabr 2024

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

537
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər.

Səbail rayonu, 20-ci Sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Səbail rayonu üzrə Lomonosov, Çerniyakov, İsmayılov, Y. Bədəlov küçələrinin, Nizami rayonu üzrə E.Süleymanov, Naxçıvani və B.Nuriyev küçələrinin, Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin qaz təchizatında fasilə yaranacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar