Ru
19:25 / 25 Noyabr 2024

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz olmayacaq
Eye

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə noyabrın 26-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar