Ru
16:47 / 25 Noyabr 2024

"Sabah" bu əcnəbi mütəxəssisə həvalə oluna bilər

"Sabah" bu əcnəbi mütəxəssisə həvalə oluna bilər
Eye

Krunoslav Renduliçlə yolları ayıran “Sabah”ı yenə əcnəbi mütəxəssis çalışdıra bilər.

Bakupost.az xəbər verir ki, Rusiya millisinin sabiq müdafiəçisi Vasili Berezutskinin adı paytaxt klubu ilə birgə hallanır.

Bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Bildirilir ki, tərəflər arasında danışıqlara start verilib. Berezutski hazırda Çin təmsilçisi “Şanxay Şenxua”da həmyerlisi Leonid Slutskinin köməkçisi kimi fəaliyyət göstərir.

Berezutskinin baş məşqçi təcrübəsi yoxdu. Bununla belə, “Sabah” rəhbərliyinin riskə gedərək ona etibar etmək istədiyi qeyd olunur.

Qeyd edək ki, Vasili Berezutski bunadək SSKA-da Viktor Qonçarenko və əkiz qardaşı Aleksey Berezutskinin, həmçinin "Krasnodar"da Viktor Qonçarenkonun köməkçisi olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar