Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:59 / 28 Oktyabr 2024

Sabah bu ərazidə işıq olmayacaq

634
Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Bakupost.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar