Ru
20:43 / 23 Fevral 2025

Sabah bu universitetlərdə dərslər onlayn formada keçiləcək -SİYAHI

Sabah bu universitetlərdə dərslər onlayn formada keçiləcək -SİYAHI
1736

Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

Bakupost.az ın APA-ya istinadən xəbərinə görə, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetlərində dərslər onlayn keçiriləcəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.

Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.

Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar