Ru
21:23 / 30 Sentyabr 2024

Sabah dörd rayona qaz fasilə ilə veriləcək

808
Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bakupost.az -a Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "Sea Breeze" ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar