Ru
18:43 / 13 Fevral 2025

Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq

Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
664

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Bakupost.az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi daxil edilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il fevralın 18-dək olan müddəti əhatə edir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar