Ru
19:48 / 19 Aprel 2025

"Sabah" "Səbail"ə qalib gəldi

"Sabah" "Səbail"ə qalib gəldi
Eye

Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.

Bakupost.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.

Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.

Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar