Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:38 / 27 Oktyabr 2024

Sabahın hava proqnozu

1674
Oktyabrın 28-nə gözlənilən hava durumu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar