İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanında sabah baş tutmalı olan bəzi uçuşlar təxirə salınıb.
Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.
Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub.