Ru
10:55 / 12 Mart 2025

Sabiq Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi keçirildi

Sabiq Baş İdarə rəisinin və sektor müdirinin məhkəməsi keçirildi
Eye

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Qulamovun vəkili Tural Kərimovun elektron məhkəməyə ərizə yerləşdirdiyi elan olunub.

O, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində başqa bir iclasda iştirak etdiyini, buna görə də iclasın təxirə salınmasını xahiş edib.

Hakim bildirib ki, vəkilin iclasda iştirak etməməsi üzrlü hesab olunmur, bununla bağlı əvvəlcədən məlumat verilməli idi.

Hakim əlavə edib ki, vəkilin iclasda iştirak etməməsi səbəbindən hazırlıq iclası bir neçə dəfə təxirə salınıb: "Növbəti iclasda vəkil iştirak etməsə, müvafiq tədbir görüləcək".

Növbəti məhkəmə iclası aprelin 9-da davam edəcək.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar