Ru
17:06 / 20 Noyabr 2024

Ağacan Abıyevin səhhəti pisləşdi - "Heç kəs maraqlanmır"

Ağacan Abıyevin səhhəti pisləşdi - "Heç kəs maraqlanmır"
Eye

Sabiq millət vəkili və rektor Ağacan Abıyevin vəziyyəti pisləşib.

Bakupost.az -ın Manset.az-a istinadən məlumatına görə, o, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.

Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb.

Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abıyeva müalicə yazılıb.

O, saytımıza açıqlamasında faktı təsdiqləyib:

"Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəzilərini çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Axırıncı dəfə Hacıbala Abutalıbov zəng etmişdi, onunla danışmışam".

Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı olub

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar