Ru
10:52 / 03 Mart 2025

Sabiq sədr müavininin qızı da işdən çıxarıldı

Sabiq sədr müavininin qızı da işdən çıxarıldı
Eye

"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.


Bakupost.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", deyə o, qalmaqallı şərhində bildirmişdi.
Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən "Bakı Metropoliteni" QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, "Bakı Metropoliteni" QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar