Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:51 / 17 Oktyabr 2024

Sabir Rüstəmxanlının yeni kitabları İstanbulda təqdim olundu- VİDEO

578
Dünən İstanbulda Xalq şairi Sabir Rüstəmxanlının Türkiyədə yeni nəşr olunmuş “Çocukluğa deyen kurşun”, “Astar” kitablarının təqdimatı və imzalama mərasimi olub.

Bakupost.az xəbər verir ki, bu gün isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək.

Görüşdə şairin yeni işıq üzü görən kitabları təqdim ediləcək.

Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Professor Dr. Hayati Develi, Prof. Dr. Ramazan Korkmaz, Prof. Dr. Yakub Çelik, Dr. Erol Ülgen, Türk Ədəbiyyatı Vəqfinin başkanı Serhat Kabaklı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru, kitabların tərcüməçisi İmdat Avşar, Millət vəkili Tənzilə Rüstəmxanlı və başqaları iştirak edəcək, Azərbaycan ədəbiyyatında milli ruhun dirilişi mövzusunda qonaqların və tələbələrin qarşısında çıxışlar ediləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar