Ru
10:54 / 13 Mart 2025

Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır

Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır
Eye

Sabirabad rayonunda yeniyetmə yanıq xəsarətləri alıb.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, martın 11-i saat 23 radələrində 2012-ci il təvəllüdlü Ayaz Taryel oğlu Rzazadə yaşadığı Bulduq kəndindəki evin həyətində çərşənbə axşamı ilə əlaqədar yandırılmış tonqala düşüb. O, yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibbi yardım göstərilən yeniyetmə daha sonra Bakıda yerləşən ixtisaslaşmış xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar