Ru
11:26 / 17 Aprel 2025

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
Eye

Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsində batan 2 nəfərin kimliyi müəyyənləşib.

Bakupost.az xəbər verir ki, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

****
10:26

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bakupost.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar