Ru
14:37 / 16 Aprel 2025

Şabranda çay daşdı - 30-a yaxın evin sakinləri təxliyə edildi

Şabranda çay daşdı - 30-a yaxın evin sakinləri təxliyə edildi
Eye

Şabranda çay daşıb.

Bakupost.az -ın məlumatına görə, Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub. Belə ki, fövqaladə vəziyyət Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib.


İntensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar