Şabran rayonunda bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq həyatını itirib.
Bakupost.az -ın Modern.az-a istinadla məlumatına görə, hadisə rayonun Padar kəndində baş verib.
Belə ki, 4 yaşlı İsmixanova Fatimə Mizəfər qızı əlində bıçaq olan zaman yerə yıxılıb. Bu zaman kəsici alət onun boğazını deşib.
Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.