Ru
10:43 / 09 Yanvar 2025

Şabranda şagirdlər arasında dava düşdü

Şabranda şagirdlər arasında dava düşdü
Eye

Şabranda şagirdlər arasında dava düşüb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə yanvarın 8-də səhər saatlarında qeydə alınıb.

Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

“Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - deyə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar