Şabranda Fizuli Paşayevin selə düşərək boğulmasının təfərrüatları məlum olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zağlı kəndi yaxınlığında baş verib.
Belə ki, 63 yaşlı Paşayev Fizuli Mövlud oğlu yaşadığı Dağbilici kəndinə gedirmiş. Bu zaman kəndə gedən körpünü sel apardığını görüb və yolunu dəyişmək istəyib. Lakin bədbəxtlikdən Zağlı çayının daşması nəticəsində selə düşərək boğulub ölüb.
Məlumata görə, mərhumun qızı Şəhla Paşayeva atasının itkin düşməsi barədə polisə müraciət edib. Axtarışlar zamanı Fizuli Paşayevin meyiti İzmara kəndi ərazisində, Şabran çayının sahilində aşkarlanıb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.