Ru
09:28 / 18 Mart 2025

Sabunçuda 115 yaşlı bina təhlükədə - Sakinlər təşviş içindədir

Sabunçuda 115 yaşlı bina təhlükədə - Sakinlər təşviş içindədir
Eye

115 yaşlı bina qəzalı vəziyyətdədir. İki mərtəbəli bina külək əsəndə az qala tərpənir. Görüntülər Sabunçu rayonu şəhər şossesi küçəsi, döngə 5, ev 6 ünvanındandır.

Bakupost.az -ın məlumatına görə, Sabunçu rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər”ə təsdiqləyiblər ki, 2 mərtəbəli, 17 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Lakin binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı yoxdur.

Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunub. Aidiyyəti qurumların qəbul edəcəyi qərar icra olunacaq.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar