Ru
17:00 / 16 Sentyabr 2024

Goranboyda məktəbdə bıçaqlanma olub? - Direktor danışdı - Yenilənib

2224

***

14:00


Goranboyda bıçaqlanma hadisəsi baş verib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bakupost.az -a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

***
17:00

Məsələ ilə bağlı məktəbin direktoru musavat.com-a bildirib ki, hadisə təhsil müəssisəsinin ərazisindən kənarda baş verib.

“11-ci sinifdə təhsil alan şagirdimiz çayın qırağında bizim məktəbin şagirdi olmayan həmkəndlisi ilə mübahisə edib. Amma bıçaqlanma hadisəsi olmayıb. Yalan söhbətdir. Bu xəbərləri kimin yaydığını bilmirik”, - deyə o qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar