Ru
19:22 / 23 May 2024

Sağlamlıq haqqında arayış 50 manatdır?

Sağlamlıq haqqında arayış 50 manatdır?
Eye

"Sağlamlıq haqqında arayışı almaq üçün 50-60 manat tələb olunur".

Bakupost. az xəbər verir ki, bunu "Qaynarinfo"-ya açıqlamasında tibbi ekspert Aydın Əliyev deyib.

Ekspert təklif edib ki, heç bir yerdə işləməyən əhali qrupu üçün bununla bağlı güzəşt nəzərdə tutulmalıdır:

"Adam işləmir, heç bir gəliri yoxdur. İşə düzəlmək istəyəndə sağlamlıq haqqında arayış tələb edirlər. İmkansız əhali üçün buna görə dövlət tərəfindən güzəştlər olmalıdır. Yəni, ya simvolik bir qiymət olmalıdır, ya da ödənişsiz olmalıdır".

Aydın Əliyev sağlamlıq haqqında arayışın qiymətinin son günlər qaldırıldığını açıqlayıb:

"Əvvəl 40 manat idi, indi 50 manatdan yuxarı qaldırıblar".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar